Qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir - Monteneqorunun sabiq prezidenti

20 İyun 2024 13:22

Qlobal ərzaq istehsalının təqribən 40 faizi israf edilir, hər bir ölkədə həddindən artıq ərzaq istehsalı baş verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Monteneqorunun sabiq prezidenti Filip Vujanovic "COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək" adlı 29-cu Ali Səviyyəli Toplantıda "Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı" adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ərzaq çatışmazlığı səbəbindən yoxsul ölkələrdə insanların həyatı və sağlamlığı üçün təhlükə törədir və ölümlə nəticələnir.

"Zəngin ölkələrdə isə ərzaq kütləvi şəkildə məhv edilir. Hesab edirəm ki, ərzaq paylanmasında çox yaxşı mövqeyə malik olmaq üçün bütün ölkələrin təcrübəsindən istifadə etməyimiz zəruridir.

Azərbaycan bu istiqamətdə yaxşı nümunədir. Azərbaycan ərzaq və onun idarə olunması təcrübəsi ilə kömək etmək mövqeyindədir ki, bu, məncə, COP 29-un çox maraqlı vəzifəsi ola bilər",- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun