Armen Qriqoryan Makronun köməkçisi ilə görüşdü

20 İyun 2024 12:45

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransaya işgüzar səfəri çərçivəsində ölkə prezidentinin xarici işlər üzrə müşaviri Emmanuel Bonnla görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, görüş zamanı regiondakı vəziyyət müzakirə olunub.

Görüşdə Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı prosesi, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun