Fransa Ermənistana 75 milyon avro ayıracaq

20 İyun 2024 12:24

Fransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.

Qeyd edilir ki, məbləğ dövlət büdcəsinin müvafiq xərclərinin ödənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun