Bakıda "avtomobil çimərliyi" narazılıq yaratdı - VİDEO

20 İyun 2024 17:51

Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki ictimai çimərliyi maşınlar zəbt edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dənizə istirahətə şəxsi avtomobilləri ilə gələnlər çimərliyin ərazisinin böyük hissəsini tutublar.

Bu da həmin bölgədə dincələn digər vətəndaşların haqlı narazılığına səbəb olub.

Yaranmış mənzərə ictimai çimərlikdən istifadə edənlərin istirahətinə mane olub.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun