Türkiyədə atlar çimərlikdəki insanlara dəhşət yaşatdılar

20 İyun 2024 11:23

Türkiyənin Şilə rayonunda çimərliyə gətirilən iki at dənizdə üzməyə gələn insanlara qorxulu anlar yaşadıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki gənc sahib olduqları atları dəniz kənarına gətiriblər. Atları bir müddət gəzdirdikdən sonra yəhərini əllərindən qaçırıblar. Bu zaman heyvanlar təşviş içində çimərliyə gələn yüzlərlə insanın üzərinə doğru qaçmağa başlayıblar.

Həmin anlar çimərlikdəki insanlar tərəfindən mobil telefonla lentə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun