"Instagram" tez-tez emoji işlədənləri sevindirəcək funksiyanı təqdim etməyə hazırlaşır.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hazırda test mərhələsində olan funksiya istədiyiniz emojini sürətli şəkildə tapmaqda sizə kömək edəcək. Emojilər bölməsinə əlavə ediləcək yeni bölmə ilə artıq istədiyiniz emojini ayrı-ayrı kateqoriyalarda tapmaq asanlaşacaq.
Funksiyanın nə vaxt aktivləşdiriləcəyi ilə bağlı məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun