Xərçəngi aşkarlamaq üçün yeni üsul - Süni intellektdən istifadə edəcəklər

20 İyun 2024 06:57

Şotlandiyada xərçəngin aşkarlanması üçün süni intellektlə çalışan kompüter proqramı hazrılanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə müəyyən etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırladıqlarını açıqlayıblar.

Qlazqo Universitetinin süni intellekt mütəxəssisləri və xərçəng alimləri qrupu xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.

Hazırlanan proqram vasitəsilə xərçəng diaqnozu daha asan və daha sürətli həyata keçirilə biləcək

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun