Ermənistan KTMT-nin iclasına qatılmayacaq

19 İyun 2024 21:10

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Armenpress"ə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murad Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İGörüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun