Tovuzda qəza - xəsarət alanlar var

19 İyun 2024 19:28

Tovuzda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

"VAZ-21011" markalı avtomobil "Belarus" markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində "VAZ -21011"-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla baglı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun