Bakıda doğum evinin yaxınlığında baş verən yanğın söndürüldü - Yenilənib - VİDEO

19 İyun 2024 16:04

16:04

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində, 5 saylı Doğum Evinin binası yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 5 saylı Doğum Evinin binası istifadədə olmayıb.

-----------
15:08


Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun