Hamiləliyindən bixəbər qadın maşında doğdu

19 İyun 2024 15:17

Leninqrad sakini övladını təcili yardım maşınında dünyaya gətirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,  "VKontakte" sosial şəbəkəsindəki qrupdakı həkimlərdən birinin qeyd etdiyinə görə, qadın hamilə olduğunu belə, bilməyib.

Hadisə Vıborq vilayətində baş verib. Qadın özünü pis hiss edib, mədəsində və belindəki ağrılardan şikayətlənərək həkimə müraciət edib. Təcili yardım həkimləri onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər. Lakin avtomobildə qadının vəziyyəti daha da pisləşib və qəfildən sancıları başlayıb.

Qadının xəstəxanaya aparılması qərara alınsa da, bu mümkün olmayıb.

Hamiləliyindən bixəbər qadının elə təcili yardım maşınında övladı dünyaya gəlib.

Yeni doğulan oğlan uşağı və ana doğum evinə aparlıb. Həkimlərin müayinəsindən sonra ana və uşağın vəziyyətinin normal olduğu bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun