Bakıda ana qızı ilə birgə itkin düşdü

19 İyun 2024 14:19

Bakıda ana və qızı itkin düşüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Binəqədi rayonunda yaşayan 29 yaşlı P. Səfərli 11 yaşlı qızı Yağmurla birrgə evdən çıxaraq, bir daha geri qayıtmayıblar.

Bu barədə P. Səfərlinin anası polisə müraciətində bildirib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində axtarış işləri aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun