"Xəzər Lənkəran" iki futbolçu ilə yollarını ayırdı

18 İyun 2012 12:38
Avstriyanın Tirol vilayətində yay təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" toplanışın 11-ci günündə birgünlük istirahət edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda istirahət gününü səmərəli keçirmək üçün Avstriyanın Zalsburq şəhərinə yollanaraq tarixi şəhərin görməli yerləri ilə tanış olub.
 
Bu gün isə komanda Tirol vilayətinin Şeffau qəsəbəsində toplanışın ikinci hazırlıq mərhələsinə start verib.
 
Onu da qeyd edək ki, məşqçilər korpusunun qərarı ilə iki futbolçu "Xəzər Lənkəran"ın sıralarını tərk edib. Bunlar portuqaliyalı Joao Paulo Pinto və alban müdafiəçi Elvin Beqiridir.

Milli.Az