Putin Kim Çen Ina avtomobil hədiyyə etdi

19 İyun 2024 13:05

Rusiya prezidenti Vladimir Putin Kim Çen Ina yeni "Aurus" avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, konkret olaraq Putinə hansı hədiyyələrin verildiyini açıqlamayıb, lakin qeyd edib ki, hədiyyələrdə Rusiya prezidentinin təsviri həkk olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun