Mərkəzi yollarda aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - AÇIQLAMA - VİDEO

19 İyun 2024 15:03

Üç gündür tətillə əlaqədar bağlanan bir neçə küçə və prospektdə işlər sürətlə aparılır.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın ən işlək küçələrindən olan Mehdi Hüseyn küçəsindəki yol ayın 15-dən nəqliyyatın hərəkətinə bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən köhnə asfalt qatı qaşınaraq kənara daşınıb.

Təmir işləri Parlament prospektində də aparılır. Burada da təmirlə əlaqədar əvvəlcə su xətləri yenilənir.

Cəfərov qardaşları küçəsinin Mixail Lermontov küçəsinədək olan hissəsində də təmir işləri aparılır.

Təmir müddətində sözügedən yollarda işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndirilib.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun