Qarğıdalı saçaqlarını dəmləyib için - Bu dərdə çarədir

20 İyun 2024 01:01

Qarğıdalının saçaqları əksər hallarda atılır. Lakin əslində bu saçaqlardan hazırlanan çayın bir çox faydası mövcuddur.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, qarğıdalı saçağında yüksək miqdarda antioksidant, lif, vitamin və minerallar var və bu, bir çox xəstəliklərə qarşı faydalıdır.

Araşdırmalara görə, qarğıdalı saçaqlarından hazırlanan çay yüksək qan təzyiqi, böyrək xəstəlikləri və şəkər xəstəliyinə müsbət təsir göstərir. Bu çay ümumiyyətlə böyrək sağlamlığı üçün əhəmiyyətlidir.

Sözügedən xəstəliklərdən əziyyət çəkənlərə gündə 1 stəkan bu saçaqlardan hazırlanmış çayı içmək məsləhət görülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun