"BMW"nin sürücüsü yeniyetməni belə vurdu - YENİLƏNİB - ANBAAN VİDEO

19 İyun 2024 12:08

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən məktəblinin "BMW"nin sürücüsünün vurması barədə görüntü yayılıb.

Milli.Az unikal-a istinadən həmin videonu təqdim edir:

-------

10:15

Qusarda ağır yol-nəqliyyat hadisəsində həyatını itirən məktəblinin fotosu yayılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun oxuduğu məktəb məlumat yayıb.

Qəzada vəfat edən 2012-ci il təvəllüdlü Ruslan Lamran oğlu Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.

Bildirilib ki, BMW markalı avtomobil velosipedlə hərəkətdə olan R.Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun