2 dəqiqə öncə meydana daxil olub qələbə qolunu vurdu

19 İyun 2024 09:14

Xəbər verdiyimiz kimi, Avropa çempionatının qrup mərhələsinin ilk turuna Portuqaliya - Çexiya oyunu ilə yekun vurulub. Matç Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmada Portuqaliyanın qələbə qolunun müəllifi 21 yaşlı Francisco Konseysao olub. 

Maraqlıdır ki, o, yaşıl meydana cəmi 2 dəqiqə öncə daxil olaraq 90+1-ci dəqiqədə fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun