Sabunçuda 43 yaşlı qadını avtomobil vurub

19 İyun 2024 08:03

Bakının Sabunçu rayonunda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Ağasiyeva Aygün Sultanəhməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun