İsrail ordusu Hizbullah bölmələrinə zərbələr endirdi

18 İyun 2024 22:55

İsrail hərbçiləri Livandakı Hizbullahın silahlı birləşmələrinə qarşı bir sıra hava hücumları həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail hərbçilərinin məlumatına görə, hücuma məruz qalan şiə birləşmələri partlayıcılarla dolu PUA-ları İsrailə doğru atıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun