Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.
Qeyd edək ki, bu görüş 2019-cu ildən bəri Kim Çen Inın Putinlə üçüncü görüşüdür. Görüş zamanı iki ölkə arasındakı iqtisadı və siyasi əlaqələr, həmçinin birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun