Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı hazırda proses davam etdirilir:
"AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq".
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
№ |
Məhsulun adı |
İstehsalçı |
Məhsulun partiyası, istehsal və son istifadə tarixi |
Aşkar edilmiş uyğunsuzluq |
1 |
"İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma |
"Rich S.A" MMC |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası |
2 |
"Soyuq" əmtəə nişanlı südlü kakaolu dondurma |
04.04.2024-04.02.2025 |
Enterobacteriaceae bakteriyası |
|
3 |
"Soyuq" əmtəə nişanlı südlü çiyələkli dondurma |
03.04.2024-26.01.2025 |
Enterobacteriaceae bakteriyası |
|
4 |
"İce Dream" əmtəə nişanlı şokoladlı plombir dondurma |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası |
|
5 |
"Yolka" əmtəə nişanlı qaymaqlı dondurma |
30.03.2024-30.01.2025 |
Enterobacteriaceae bakteriyası |
|
6 |
"Qoşa Qapı" əmtəə nişanlı vanilli Eskimo dondurma |
"Camal LTD" MMC |
02.04.2024-02.02.2025 |
Enterobacteriaceae bakteriyası |
7 |
"Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma |
Fiziki şəxs Yusubova Səringül Kərəm qızı |
22.04.2024-22.02.2025 |
Enterobacteriaceae bakteriyası |
8 |
"Zoluşka" əmtəə nişanlı portağallı Eskimo dondurma |
10.04.2024-10.02.2025 |
Enterobacteriaceae bakteriyası |
|
9 |
"Selena" əmtəə nişanlı südlü çiyələkli dondurma |
29.04.2024-28.02.2025 |
Enterobacteriaceae bakteriyası |
|
10 |
"Naturalika" əmtəə nişanlı Eskimo dondurma |
Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu |
27.04.2024-27.02.2025 |
Enterobacteriaceae bakteriyası |
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Bildirilib ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun