Daşkəsəndə qayalıqdan yıxılan şəxs ağır xəsarətlər aldı

18 İyun 2024 20:23

Daşkəsəndə kişi bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Hündür qayalıqdan yıxılan şəxs ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Vəziyyəti ağır olan zərərçəkənin hansı səbəbdən qayalıqdan yıxıldığı isə hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun