19 yaşlı gənc Arazda batdı

18 İyun 2024 19:54

Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.

Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun