Castin Timberleyk saxlanıldı

18 İyun 2024 19:21

Məşhur amerikalı müğənni Castin Timberleyk Nyu-York polisi tərəfindən saxlanılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Buna səbəb isə onun sükan arxasında sərxoş vəziyyətdə oturmasıdır.

Hazırda polis bölməsində olan ifaçı çərşənbə axşamı ittiham olunacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun