Adanada "Ölülər qəhvəxanası" - Orada nə baş verir?

22 İyun 2024 15:02

Türkiyənin Adana rayonunun Kozan səmtində yerləşən nostalji qəhvəxana "Ölülərin qəhvəxanası" adlanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu qəhvəxananın divarlarından həyatını itirmiş 800 nəfərin fotoşəkili asılıb. Bildirilir ki, hər bayramda ölənlərə dualar edilir.

Qəhvəxananın müdiri Nejat Karataş bildirir ki, burada hər kəsin öz ləqəbi var:

"Yeni nəsillərin ləqəbi yoxdur, amma böyüklərimiz burada həmişə bir-birini ləqəblərindən tanıyıb. Biz də bu ənənəni davam etdiririk. Burada ləqəb verilərkən ailənin tarixi nəzərə alınır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun