Axşamlar qapıları döyüb qaçanların kimliyi bilindi - VİDEO

18 İyun 2024 18:54

Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunublar, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb.

Onların xidmət sahəsində çalışan şirkətlərdən birinin menecerləri olduqları məlum olub:

"Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun