Əsgərlikdən gəlib 699.5 bal topladığı deyilən şəxs danışdı: "Sosial mediada oxudum ki..."

18 İyun 2024 18:17

"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun