Məşhur aktrisa 92 yaşında öldü

18 İyun 2024 17:28

Məşhur fransız aktrisa Anuk Eme 92 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun qızı sosial şəbəkədə məlumat verib. O bildirib ki, anası bu səhər Parisdəki evində vəfat edib

Qeyd edək ki, 92 yaşlı aktrisa 70 illik karyerası ərzində 74 film və serialda rol alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun