Türkiyədə zavod YANIR - havadan və qurudan müdaxilə edilir

18 İyun 2024 17:03

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisənin səbəbi məlum deyil.

Hazırda yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir. Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.

Məlumata görə, yanğın artıq ətraf ərazilərə, o cümlədən, yaxınlıqdakı meşəyə və digər zavoda da yayılıb. Yanğının geniş əraziyə yayılmasının əsas səbəbi olaraq isti hava şəraiti göstərilir. Hazırda yanğının lokallaşdırılması üçün işlər davam etdirilir.

Qeyd olunub ki, hadisə yerində partlayış səsləri də eşidilib.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun