Rusiyada zavodda atışma - 1 nəfər öldü

18 İyun 2024 16:24

Rusiyada zavodda atışma olub.

Milli.Az APA-ya istinadən bildirir ki,  insident Ryazan vilayətində "Ryazanmontajzaqotovka" müəssisəsində baş verib. Adı hələlik açıqlanmayan şəxs odlu silahdan atəş açıb. Nəticədə bir qadın ölüb, bir kişi yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun