Qeqarkunik demarkasiya və delimitasiya prosesinə hazırlaşır

18 İyun 2024 14:15

Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bölgənin müxtəlif nümayəndələri ilə görüşüb.

Milli.Az bildirir ki,  bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb.

"Qızğın müzakirələr aparılıb, Sarkisyan bildirib ki, yaxın vaxtlarda Qeqarkunik bölgəsinin demarkasiyası və delimitasiyası üzrə işlərə başlanılacaq. Qubernator qeyd edib ki, bölgədə sərhədlərin demarkasiyası prosesini şəxsən özü həyata keçirəcək", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun