Bakıda hotelin qarşısında mikroavtobus yandı - FOTO

18 İyun 2024 13:58

Paytaxtın Nərimanov rayonunda otelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısında mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun