Yeyib-içməyə 187 milyon manat xərclənib

18 İyun 2024 13:04

Ötən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187.3 milyon manat təşkil edib.

Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin may ayı ilə müqayisədə 7.5% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6% artaraq 801,8 milyon manat olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun