Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular

18 İyun 2024 13:59

Avropa çempionatının ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabı ilə məğlub olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, görüş başa çatdıqdan sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər.

Oyunçular mentorun iştirakı olmadan söhbət etmək qərarına gəliblər.

AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Ukrayna millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bu mərhələnin son oyununda Rebrovun komandası Belçika ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 14-ü start götürən Avropa çempionatı iyulun 14-dək Almaniyada keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun