İrəvanın Qələbə parkında Rusiyanın bayrağını cırıblar

18 İyun 2024 13:48

Ermənistanın paytaxtı İrəvanın Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiya bayrağını cırıb, gerbi isə sındırıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Sputnik Ermənistan" məlumat yayıb.

Paytaxt meriyasından sayta bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır. Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdıracağını bildirib.

"İravunk" nəşrinin yazdığına görə, Rusiyanın dövlət bayrağını rusofob və ya bir qrup rusofob cırıb. Lakin hələ də bunu edən tapılmayıb. Nəşr onu da qeyd edir ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun