Bakıdakı dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

18 İyun 2024 12:08

Bakının Maştağa qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı BMW, "Mercedes" və "Chevrolet" markalı avtomobillər zərər görüb.

Videodan məlum olur ki, sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirir və nəticədə avtomobil yol kənarındakı digər nəqliyyat vasitələrinə çırpılır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yüksək sürətlə hərəkət edən avtomobildəki bir uşaq həyatını itirib, digər avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, baş vermiş hadisənin təfərrüatı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanıb.

Videogörüntünü təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun