"Qarabağ"ın keçmiş ulduzu özünə TOY ETDİ - VİDEO - FOTO

18 İyun 2024 12:19

"Qarabağ"ın sabiq futbolçusu Kadi Borqes subaylığın daşını atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, braziliyalı yarımmüdafiəçi 28 yaşında ailə həyatı olub.

Kadi toy mərasiminin videogörüntülərini öz sosial şəbəkələrində paylaşıb. "Qarabağ"ın hədəfində olan futbolçunun keçidi baş tutacağı halda, ölkəmizə ailəsi ilə birlikdə gələcəyi gözlənilir.

Qeyd edək ki, 2021-22-ci illərdə Ağdam klubunun formasını geyinən yarımmüdafiəçi hazırda "Krasnodar"da çıxış etsə də, onun geri qayıtması ilə bağlı danışıqlar aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun