Ukrayna yalnız bundan sonra NATO üzvü ola bilər

18 İyun 2024 12:14

Biz razılq əldə etdikdən sonra Ukrayna NATO-ya üzv olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O bildirib ki, səs çoxluğu kifayət deyil və qərarlar yekdilliklə qəbul edilməlidir.

Stoltenberqin fikrincə, Ukraynanın alyansa üzv olması gecikdirilməməlidir, lakin bunun üçün münaqişəni tamamilə dayandırmaq lazımdır.

Xatırladaq ki, bundan öncə Almaniya kansleri Olaf Şolts bildirmişdir ki, Ukrayna yaxın 30 ildə NATO-ya üzv olmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun