Bakıda 37° isti olub

18 İyun 2024 11:07

İyunun 18-i, saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən, yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun