İranda xəstəxanada yanğın oldu - 9 nəfər ölüb

18 İyun 2024 10:44

İranın Gilan əyalətində yerləşən Kaim xəstəxanasında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV məlumat yayıb.

Yanğın əsnasında xəstəxanada 142 pasiyentin stasionar müalicə olduğu qeyd edilib.

Bundan başqa, yanğın zamanı xəstəxanada olan 5 körpə digər xəstəxanaya köçürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun