“Artıq 17 yaşımda efirə çıxırdım”

19 İyun 2024 02:02

"Aktrisa olmaq istədiyimi valideynlərimə deməmişdim. Onlardan bu haqda fikirlərini soruşmamışdım. Öz bildiyim doğru yolda getdim və ard-arda gələn şanslar düzgün yol seçdiyimi təsdiqlədi". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı və aktrisa Kəmalə Piriyeva qonaq olduğu "Qapqara" verilişində deyib. 

Kəmalə bildirib ki, 17 yaşında artıq "Azad Azərbaycan" televiziyasında (ATV) canlı efirə çıxırdı: 

"Mən çox şanslı insanam. Şans bu həyatda çox önəmli bir şeydir. Mənim 17 yaşımda ağlımın ucundan belə keçməzdi ki, bu şeylərə nail olacağam. Universitetə qəbul olmağım mənim üçün böyük bir hadisə idi. Əsasən də qabiliyyət imtahanlarından keçmək... Böyük bir iş idi. Yaşadığım o sevinc hisslərim bitməmiş gəlib mənə dedilər ki, "Azad Azərbaycan" (ATV) televiziyasında təcrübə keçmək üçün aktiv tələbələr axtarılır. Televiziya rejissoru fakültəsindən məni seçdilər. 17 yaşımda artıq canlı efirə çıxırdım. Çox insan mənə deyir ki, uşaq idim, sən artıq efirdə idin. Bu sözü mənə deyənlərlə aramızda 2 yaş fərq var. Mən 17 yaşımda efirə çıxanda onların da 15 yaşı vardı, məktəbdə oxuyurdular". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun