85 yaşlı məşhur aktyor tamaşa zamanı səhnədən yıxıldı

18 İyun 2024 09:33

"Üzüklərin hökmdarı" trilogiyasında Qendalf obrazı ilə məşhurlaşan britaniyalı aktyor İan MakKellen Londonda teatr tamaşası zamanı səhnədən yıxılaraq xəstəxanaya aparılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, 85 yaşlı aktyor büdrəyib yıxıldıqdan sonra tamaşaçılardan zalı tərk etmələri istənilib, bundan sonra o, kömək çağırmağa başlayıb. Aktyor xəstəxanaya çatdırılıb.

Bildirilib ki, tamaşa dayandırıldı və bundan sonra davam edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun