Kürdəmirdə ağır yol qəzası - ölən var

18 İyun 2024 09:28

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə "Kamaz" markalı yük maşını toqquşub.

Nəticədə "VAZ-2107"-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun