Qusarda qəbirləri dağıdan şəxs tutuldu

18 İyun 2024 09:22

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətindən xəbər verilib.

Qeyd edək ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun