Hücumda daha dəqiq olmalı idik. Amma əsas yarışa qələbə ilə başlamaqdır.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunları Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda Avstriya yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Mütəxəssis oyunçularından razı qaldığını bildirib: "Hər şey daha əvvəl bitirmək imkanlarımız var idi. Amma hər matç asan olmur. İrəlidə əla futbolçularımız olsa da, istədiyimizi edə bilmədik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun