"Beşiktaş"ın yarımmüdafiəçi Gedşon Fernandeşi "Zenit"ə satmağa hazırlaşır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşr məlumat yayıb.
İstanbul klubu ona görə 20 milyon avro tələb edir. Qeyd olunur ki, bu məbləğin yarısını yarımmüdafiəçinin əvvəllər çıxış etdiyi "Benfika" alacaq.
"Zenit" 25 yaşlı portuqaliyalının transferi ilə bağlı danışıqları davam etdirir.
Qeyd edək ki, Fernandeş 2022-ci ilin yayında "Benfika"dan 6 milyon avroya "Beşiktaş"a keçib. O, ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun