Ermənistan Fransa ilə yeni hərbi saziş imzaladı

17 İyun 2024 23:41

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ermənistan MN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.

Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Qeyd edək ki, bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun