AVRO-2024: Fransa Avstriyaya qalib gəldi - YENİLƏNİB - VİDEO

18 İyun 2024 01:12

01:12

Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.

Dünən daha 3 oyun keçirilib.

E qrupunda Rumıniya Ukrayna ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkib və 0:1 hesabı ilə uduzub. Belçika millisinin hücumçusu Romelu Lukaku 2 qol vursa da, VAR-a baxıldıqdan sonra ləğv olunub.

D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gəlib. Fransa millisi 90 dəqiqə ərzində rəqibindən üstün olsa da, yalnız avtoqol sayəsində istəyinə çata bilib. 

17 iyun

Avro-2024

E qrupu

17:00. Rumıniya - Ukrayna - 3:0

Qollar: Stançu, 29, Marin, 53, Draguş, 57
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. "Alliants Arena"

20:00. Belçika - Slovakiya - 0:1

Qol: Sranz, 7
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. "Frankfurt Arena"

N Komandalar O Q H M T-F X
1 Rumıniya 1 1 0 0 +3 3
2 Slovakiya 1 1 0 0 +1 3
3 Belçika 1 0 0 1 -1 0
4 Ukrayna 1 0 0 1 -3 0

 

D qrupu

23:00. Avstriya - Fransa - 0:1
Qol:
 Maksimilian Vober, 38-avtoqol
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")

16 iyun

Polşa - Niderland - 1:2

N Komandalar O Q H M T-F X
1 Niderland 1 1 0 0 +1 3
2 Fransa 1 1 0 0 +1 3
3 Avstriya 1 0 0 0 -1 0
4 Polşa 1 0 0 1 -1 0

00:13

AVRO-2024
D qrupu
23:00. Avstriya - Fransa 0:1 (Birinci hissə)

Qol: Vöber, 38 (ö.q.)
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")

-----------

17.06.2024

22:58

AÇ-2024-ün qrup mərhələsinin matçları davam edir.

Milli.Az xəbər verir ki, günün son matçında Avstriya Fransa ilə qarşılaşacaq.

Matçın start fiti saat 23:00-da veriləcək.

AÇ-2024

D qrupu, 1-ci tur

Avstriya - Fransa

Baş hakim: Jesus Gill Manzano (İspaniya) 

Düsseldorf, "Merkur-Spiel Arena".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun