Maşının yanacaq çəni partladı - Yaralanan var

17 İyun 2024 18:13

Goranboy rayonunda avtomobillin yanacaq çəni partlayıb.

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə nəticəsində rayon sakini ağır yanıq xəsarətləri alıb.

Belə ki, orta yaşlı kişi özünə məxsus avtomobillin yanacaq çənində qaynaq işləri aparan zaman partlayış olub.

Ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun